Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin övladları Gələcək Azərbaycan Partiyasının İH üzvü, Azərbaycan Xalq Hərəkatının Mərkəzi İcra Aparatının sədri Rəşid Nazimə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə GAP mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Mətləb Mütəllimlinin övladları Rəşid Nazimin işlədiyi kafeyə gələrək onu təhqir edib, döyüblər.
R.Nazim müxtəlif bədən xəsarətləri alsa da, vəziyyəti qənaətbəxşdir.