24 İyul 2019 19:07
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Gürcüstana səfər etməsi, son zamanlarda Gürcüstan və Azərbaycan arasında baş verən olaylara yönəlikdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert erməni diplomatın Tiflisdə Azərbaycan əleyhinə danışıqlar aparmağa cəhd edəcəyini istisna etməyib:

“Gürcüstan hakimiyyəti Ermənistanla əməkdaşlıqda maraqlıdır və bu Kremlin göstərişi ilə həyata keçirilir. Gürcüstanda Rusiya əleyhinə etirazlara baxmayaraq, Bidzina İvanişvili Rusiya ilə diplomatik kanalları qoruyub saxlayır, danışıqlar apararaq iqtisadi-siyasi əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Ermənistan tərəfi çalışacaq ki, rəsmi Tiflislə əməkdaşlığı dərinləşdirsin və bu əməkdaşlıq Azərbaycan əleyhinə yönəlsin. Hesab edirəm ki, Bakı Zöhrab Mnatsakanyanın səfərini diqqətə almalı, Azərbaycan əleyhinə hər hansı proses baş verəcəksə, dərhal bu barədə Tiflisə etiraz etmək lazımdır.

Qənaətimə görə, Moskva-İrəvan tandemi Azərbaycan əleyhinə Tiflisi də cəlb etməkdə maraqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər