26 İyul 2019 17:59
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi Ermənistan iqtisadiyyatına mənfi təsir edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan təhlükəsizlik şurasının başçısı Armen Qriqoryan deyib.

Şura rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinin öz ölkəsinin İran və Gürcüstanla münasibətlərinə də mənfi təsir göstərdiyini dolayı yolla etiraf edib.

2008-ci ildə Gürcüstan və Rusiya arasında baş verən müharibəyə diqqət çəkən Armen Qriqoryan bu savaşın və 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşün ölkə iqtisadiyyatında ciddi problem yaratdığını bildirib:

“Əlbəttə, mövcud şərait digər ölkələrlə münasibətlərə müəyyən təsir göstərir, amma bunun baş verməməsi üçün əlimizdən gələni edirik”.

Qriqoryan ad çəkməsə də, Qarabağ münaqişəsinə görə Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olmasının Ermənistana baha başa gəldiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər