29 İyul 2019 16:51
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəllər NATO-da müttəfiqlərin sədaqəti məsələsi müzakirə olunmurdu, amma Türkiyənin davranışlarına görə bu vəziyyət dəyişə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu avstraliyalı general Valter Fayxtinger deyib.

Generalın fikrincə, Ankaranın müttəfiq tərəfdaşları ilə Rusiya arasındakı “rəqsi” NATO-ya olan inamı sarsıdacaq:

“Ancaq belə bir strateji əhəmiyyətli müttəfiqin itirilməsi Avropa İttifaqı və ABŞ-a baha başa gələcək. Hər kəs Türkiyənin NATO üçün çətin bir müttəfiq olduğunu bilirdi. Bu ölkə müstəqil siyasət yürütdüyünü 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi vaxtı bölgəyə hərbi qüvvə göndərməkdən imtina edəndə nümayiş etdirdi.

Ancaq bu vaxta qədər ittifaqa sadiqlik heç vaxt ciddi şəkildə şübhə altına alınmamışdı, indi isə vəziyyət dəyişə bilər.

Paralel olaraq Türkiyə Rusiyaya nə qədər yaxınlaşsa, Qara dəniz bölgəsində və Aralıq dənizinin şərqindəki hərbi-strateji tarazlıq sürətlə dəyişə bilər. Fakt budur ki, Türkiyə həmişə cənubda NATO-nun sütunu və Varşava Paktı qüvvələrinə qarşı bir balans hesab olunurdu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər