Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.