Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ərəfədə Azərbaycan cəmiyyətində ona dəstək verənlər vardı. Onu “demokrat” libasına bürüyüb Azərbaycan dövlətinə və hökumətinə qarşı psixoloji basqı üçün arqument, bəzən hətta model kimi təqdim edirdilər. Biz isə deyirdik ki, Ermənistan cəmiyyətinin potensialı demokratik bir üsul-idarə qurmağa yetərli deyil, Paşinyan mahiyyətcə öz sələflərindən fərqlənmir, Qarabağ məsələsində o erməni elitasından fərqli mövqe tutmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu “Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı sosial şəbəkə hesabında bildirib.
O daha sonra yazıb:
“Amma bir sürü savadsız, milli heysiyyatdan, vətən və millət anlayışından uzaq sosset tüfeyliləri üstümüzə elə hücum çəkirdilər ki, sanki Paşinyanla bir anadan süd əmiblər. Zaman, hər zaman olduğu kimi, məhz bizim haqlı olduğumuzu sübut etdi və Nikol sələflərindən də irəli gedərək Dağlıq Qarabağı Ermənistanla eyniləşdirdi. Bu, erməni cəmiyyətinin arzusu, erməni hərbi diplomatiyasının hədəfidir, əlbəttə.
Amma heç bir beynəlxalq hüquqi-siyasi əhəmiyyətə malik deyil. Nikol sadəcə rəqs edir. Onun Gorusun Xınzirək kəndindəki rəqsi isə Azərbaycan cəmiyyətinə “yandıq” verməkdən başqa bir şey deyil.
Hər kəs kimi Paşinyan özü də yaxşı bilir ki, Ermənistandakı rus birləşmələri olmasa, Azərbaycan ordusu onu sünnət edər, ətək geyindirib Ağrı dağının başında diz üstündə dövlət himnimizi dinlədər. Ancaq şərtlər, geopolitik amillər sürətlə dəyişir. Paşinyan siyasət masasında uduzduqca, Azərbaycanın hərbi, siyasi, iqtisadi və beynəlxalq resurslarını gördükcə aqoniyaya düşür.
Özünü nikbin göstərmək üçün bu cür fəndlərə əl atır. Onun məqsədi bəllidir, bəs, o məqsədə bizim sosial şəbəkə istifadəçiləri niyə yardımçı olur? Yenə həmin dalğa, həmin koordinat”.