7 Avqust 2019 17:39
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər. Hər ikisinin dediklərini ümumiləşdirsək bu alınır: “ABŞ Prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Evin yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politioloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ərdoğanla Çavuşoğlu haqlıdır:

“Trampın açıqlamalarından hiss olunur ki, o Ankaranın Rusiyadan raketlər almasına və Vaşinqtonun rəyinə nəzərə almadan Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır. Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur: ”Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq””.

E.Şahinoğlu bildirb ki, D.Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək asan deyil:

“Tramp Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və prezident Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır. Təsadüfi deyil ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti – “Asiya açılımı”nı göstərdi. Başqa sözlə “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”. Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı? Bu suallar gələcək illərdə daha da aktuallaşacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər