19 Avqust 2019 15:34
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusunun cəbhənin Qazax istiqamətində irəliləməsi və strateji nöqtələrə nəzarətə alması, bölgədə təxribatçı addımlarını davam etdirən Ermənistana mesajdır. Bununla da Azərbaycan ordusu müharibə başlayarasa, bütün istiqamətlərdə işğalçı orduya zərbə vurmaq gücündə olduğunu göstərdi. Artıq Ermənistan tərəfinin təxribatları döyüş postlarını itirməklə nəticələnir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

İrəvanın danışıqlarda maraqlı olmadığını iddia edən ekspert hesab edir ki, Ermənistan rəhbərliyi və bu ölkəni təsiri altında saxlayan Rusiya Qarabağ məsləsində güzəştə hazır deyil:

“Bu səbəbdən də Paşinyan iqtidarı bu məsələdə Moskva ilə koordinasiyalı fəaliyyət göstərcək. Rusiya təhlükəsizlik şurasımın katibi Patruşevin İrəvana səfərində bu kimi məslələlərin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki kompromisə hazır deyil, hətta Paşinyan daxildəki müsbət imicini yüksəltmək üçün yeni ərazilərin tutulmasında maraqlıdır.

Lakin hesab edirəm ki, hazırda aktiv fazaya keçən ordumuz Paşinyanın bu kimi təxribatıarının qarşısnı ala bilir”.

Məhəmməd Əsədullazadə bildirib ki, rəsmi Bakı cəbhə boyu işğalçı tərəf üzərində təzyiqləri artırmaqla diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:

“Artıq Ermənistanla mövcud geosiyasi şərtlər daxilində danışıqlar aparmaq nəticə vermir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq mümkündür. Rusiyanın reaksiyasına gəldikdə, Moskva ərazilərimizin güc yolu ilə azad etməyimizə mane olmağa çalışacaq.

Amma düşünürəm ki, Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər