Siyasi şərhçi Oqtay Qasımov Teleqraf.com-un qonağı olub.
Qardaş Türkiyədəki prosesləri şərh edən Oqtay Qasımov 3 bələdiyyə sədrinin terrorçulara dəstək şübhəsi ilə vəzifəsindən uzaqlaşdırılması ətrafında açılan polemika barədə fikirlərini bölüşüb.
O, keçmiş baş nazir Əhməd Davudoğlunun , eks-prezident Abdullah Güllə iqtisadiyyat naziri olmuş Əli Babacanın quracağı partiyanın perspektivinin olub-olmayacağına aydınlıq gətirib.
İdlibdə Türkiyə hərbi karvanına edilən hücum nəticəsində yaranan gərgin situasiyaya toxunan ekspert Rusiya-Türkiyə-ABŞ üçbucağının atacağı addımlar haqda proqnozlar verib.