23 Avqust 2019 19:05
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Azərbaycan-Ukrayna əlaqələrinin, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər