28 Avqust 2019 22:53
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

22-25 avqust 2019-cu il tarixlərində, İqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycan Respublikasının Surinam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov, ölkənin paytaxtı Paramaribo şəhərində, Surinam Respublikasının Xarici işlər naziri Yldiz Pollack-Beighle ilə, Təhsil naziri Lillian Ferrier və ölkə Parlamentinin spikeri jennifer Geerlings-Simonsla görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, keçirilən görüşlər zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim etmiş və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul edərək, tədbirdə iştirak edəcəklərini bildiriblər.

Bundan başqa, görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilmiş, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatlarına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında da ətraflı məlumat verilib.

Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətlərini məlumatlandırıb.

Parlamentin spikeri ilə görüşdə, Parlament diplomatiyası, Parlametlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi üçün daha intensiv iş aparılmasında qarşılıqlı razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər