9 Sentyabr 2019 21:26
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir.

Bu sözləri Azərtac-a açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayza söyləyib.

Siyasətçi Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini bildirib: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər