10-15 il əvvəl belə tədbirlər çox olurdu. ATƏT tədbirlər keçirirdi, siyasi partiyalar arasında məsləhətləşmələr keçirilirdi. Xarici qrantlar qadağan olundu, əvəzində heç nə yaranmadı. MDİ və digər qurumlar bağlandı. Nəzərə almaq lazımddır ki, yerlərdə insanlarla görüşən QHT-lərdir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Novella Cəfəroğlu “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda tədbirdə çıxış edərkən deyib.
Hüquq müdafiəçisi tədbirə xarici səfirliklərin, beynəlxalq qurumların dəvət edilməməsindən narazılıq edib: “Gəlib görsünlər ki, iqtidaqr-müxalifət birgə müzakirə aparır. Biz xaricdə Azərbaycana qarşı danışanlardan bəhs edirik. Qrantlar dayandıqdan sonra onlar xaricə qaçıb Azərbaycanı söyməklə qrant əldə edirlər. Biz pis-yaxşı rayonlara gedirik. Dünən 100 nəfər bizə müraciət edib. “Diqlas” ticarət mərkəzi yanıb, prezident də ora maliyyə ayırıb ki, ziyan çəkənlərə ödənsin. İkincisi, Hacı Qalib adlı şəxslə bağlı 28 nəfər bizə müraciət edib ki, torpağımızı əlimizdən alır. Bu kimi məsuliyyətsiz məmurların fəaliyyəti son nəticədə prezidentə qarşıddır”.