11 Sentyabr 2019 18:00
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan YAP nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini Van Minlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanla Çin, eləcə də YAP-la ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Nümayəndə heyətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Qeyd edib ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır. Komitə sədri, həmçinin, YAP-ın ÇKP ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Öz növbəsində, xanım Van Min Prezident İlham Əliyevin siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

YAP nümayəndə heyətinin Çinə səfəri sentyabrın 17-dək davam edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər