13 Sentyabr 2019 17:06
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə Teleqraf.com-a BMTM-dən məlumat verilib.

Memorandumu Gürcüstanda səfərdə olan BMTM-in sədri Fərid Şəfiyev və Gürcüstan Fondunun direktoru Yekaterina Metreveli imzalayıb. Anlaşma memorandumu iki beyin mərkəzi arasında ekspertlərin, araşdırmaların mübadiləsini, birgə araşdırmaların aparılmasını, birgə konfransların təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Müzakirələr zamanı BMTM-in sədri Fərid Şəfiyev rəhbərlik etdiyi mərkəz barədə məlumat verib, yeni yaranmış qurumun gələcək planları barədə danışıb. Bu baxımdan Gürcüstanla əlaqələrin və bu ölkənin beyin mərkəzləri ilə əlaqələrin xüsusilə vacib olduğunu bildirib. Həmçinin, müzakirələr zamanı Gürcüstanla Azərbaycan arasında əlaqələrin tarixi köklərindən və iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bildirilib ki, hər iki ölkə çoxsaylı oyunçuların olduğu çətin regionda yerləşir və birgə araşdırmalı olan bir çox məsələlər var.

Gürcüstanda səfərdə olan BMTM sədri Fərid Şəfiyev iki gün ərzində bir sıra digər beyin mərkəzləri və ekspertlərin geniş dairəsi ilə görüşlər keçirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər