Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində “Bir kəmər – bir yol” təşəbbüsünün inkişafı mövzusunda Çin Milli Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekspertləri ilə müzakirələr aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.
Müzakirələr zamanı “Bir kəmər – bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın önəmi xüsusi qeyd olunub.
YAP nümayəndə heyəti ilə çinli ekspertlər arasında “Bir kəmər – bir yol” təşəbbüsünün inkişafına dar fikir mübadiləsi aparılıb.