16 Sentyabr 2019 18:55
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik.

Bu sözləri Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

"Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik", - deyə F.Oktay vurğulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər