Ermənistanın “Joxovurd” qəzeti Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və polis rəisi Valeri Osipyanın ardınca xarici işlər naziri Zöhrab Mnatsakanyanın qısa zamanda yola salınacağı barədə xəbər yayıb.
Teleqraf.com xəbər verir ki, nəşr Mnatsakanyanın istefaya göndəriləcəyinin qaçılmaz olduğunu yazıb.
Ermənistanın Xarici İşlər Nazirliyi isə Zohrab Mnatsakanyanın tezliklə istefası barədə yayılan məlumatların absurd olduğunu açıqlayıb.
Xəbərin əlavə şərhə ehtiyacı olmadığı vurğulanıb.
Nəşr eyni zamanda istefaya göndəriləcək məmurlar siyahısında ölkənin maliyyə, iqtisadiyyat nazirləri, eləcə də dövlət gəlirləri üzrə komitənin rəhbərinin də adlarını qeyd edib: “Baş nazir Nikol Paşinyan Səhiyyə naziri Arsen Torosyanı və Əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanı vəzifədən azad etmək niyyətindədir”.
Xatırladaq ki, sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan, sentyabrın 18-də Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib. Nikol Paşinyan daha sonra Osipyanı özünə müşavir təyin edib.