“Ermənistanın İsraildə səfirlik açmaq niyyətini İsrail-Azərbaycan əlaqələrinə zərbə vurmaq, o cümlədən iki ölkə arasında hərbi-texniki əməkdaşlığa mane olmaq cəhdi hesab etmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasına diqqət çəkən ekspert bildirib ki, müəyyən səbəblərə görə hələlik Azərbaycanın da İsraildə səfirliyi yoxdur:
“Bu gün İran Ermənistanla sıx əlaqələrə malikdir. Qarabağ məsələsinə yanaşmda bu işğalçı ölkəni dəstələyir. Hətta müəyyən yollarla bu ölkəyə öz hərbi avadanlıqlarını verir. Bu gün İran başda olmaqla bir çox dost dediyimiz ölkələr bizə əməli dəstək vermir. Amma İsrail bütün istiqamətlər üzrə, ən əsası da hərbi sahədə Azərbaycana yardım edir.
Hesab edirəm ki, Ermənistan İsraildə səfirlik açacaqsa, İran buna susacaq. Çünki bu səfirlik İsrail-Azərbaycan əlaqələrinə zərbə vuran bir mərkəz rolunu oynayacaq. Buna görə də Tehranın bu məsələdə İrəvana dəstək verəcəyini düşünürəm”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan öz milli maraqlarını əsas tutaraq İsrailin paytaxtı Təl-Əvivdə səfirlik açmalıdır:
“Onsuz da müsəlman aləmi - ərəb dünyası aralarında müharibə aparır. İran və Səudiyyə Ərəbistanı Yəməndə savaşır. Belə olan təqdirdə hansı həmrəylikdən söhbət gedə bilər? Azərbaycana hərbi kömək edən İsraildə səfirliyimizin açılmasının vaxtıdır. Bizimə yanaşı, İsrail də Azərbaycanla əlaqələrə önəm verir”.