Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli AXCP sədrinin keçmiş müavini, ailə üzvlərinə fiziki təzyiqə görə bu günlərdə gündəmin əsas müzakirə obyektinə çevrilən Fuad Qəhrəmanlı barədə status yazıb.
Teleqraf.com xəbər verir ki, E.Milli öncə "biz kimlərlə və nə uğrunda mübarizə aparırıq? Strategiyamız nədir?" deyə sual edib, ardınca F.Qəhrəmanlı olayına belə şərh verib: "Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır. Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?
Onlar Fuad Qəhrəmanlını bu gündə müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər".
E.Milli daha sonra "Bunlarla birlikdə demokratiya quraq deyirsiz?" deyə sual verib: "Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiz, asılarsız o rejimə qarşı çıxsaz. Selcanı müdafiə etdiyim fb (public pagedə) statusuna 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir, təhqirləridir, hədələridir. Sonra Erkin deyəndə ki, "demokratiyaya hazır deyilik" inciyirsiz ondan, elə Altay bəy kimi. Amma AXCP-nin YAP-dan daha yaxşı olduğunu düşünürsüz və özünüzə rahatlıqla liberal da, demokrat da deyə bilirsiz.
Sadəcə istəyirəm ki, özümüzə sual verək ki, biz nə uğrunda mübarizə aparırıq, bu mübarizəni kimlərlə, hansı resurslarla aparırıq və strategiyamız və planımız nədir”.