Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.
Teleqraf.com xəbər verir ki, AKP MK sədri Rauf Qurbanov tədbirdə gündəlikdə duran məsələləri plenum iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə bu ilin dekabr ayında respublikada yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti və Azərbaycan Kommunist Partiyasının həmin seçkilərdə iştirakı hərtərəfli müzakirə olunub.
Təşkilat seçkilərdə iştirak qərarı verib.