26 Sentyabr 2019 10:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.

Bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son 7-ci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər