8 Oktyabr 2019 22:58
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikası parlamentinin sədri Mun Hi-san Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Ton Op ölkəsinin Müstəqillik Günü ilə bağlı Bakıda keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, səfər gələn həftəyə nəzərdə tutulub. Mun Hi-Sanın səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com