9 Oktyabr 2019 16:00
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diffamasiya haqqında” qanun layihəsinin bu ilin sonuna qədər parlamentdə müzakirə olunacağı gözlənilir”.

Bunu Milli Məclisin deputatı Əflatun Amaşov Tbilisidə “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda keçirilən XVI Cənubi Qafqaz media konfransında bildirib.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisə təqdim olunub.

Ə.Amaşov qeyd edib ki, media sahəsində vergi və digər istiqamətlər üzrə müxtəlif təşşəbüslər də var./Report/


Müəllif: Teleqraf.com