10 Oktyabr 2019 14:00
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-a müsahibəsində Suriyadakı mövcud durumu, Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində planlaşdırdığı əməliyyatları və böyük dövlətlərin bu məsələ ilə bağlı mövqeyini şərh edib.

ABŞ-ın, İsrailin və onların yaxın müttəfiqlərinin regionda başlıca strateji məqsədinin kürd dövlətinin qurulması olduğunu vurğulayan politoloqun fikrincə, hazırda Türkiyənin həyata keçirdiyi əməliyyatla bağlı ABŞ rəsmiləri tərəfindən müxtəlif və ziddiyyətli mövqelər sərgilənir.

Oqtay Qasımovun fikrincə, ABŞ və müttəfiqləri tərəfindən Türkiyəyə təzyiqlər, eləcə də "Sülh pınarı" əməliyyatına ciddi maneələr yaradılır.

Qeyd edək ki, söhbət "Barış pınarı" əməliyyatı ərəfəsində lentə alınıb.

Video-müsahibəni təqdim edirik:


Müəllif: Teleqraf.com