11 Oktyabr 2019 10:16
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan uzun müddətdir ki, etibarlı enerji müttəfiqimizdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Abşeron" otelində keçirilən “Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr” adlı tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.

Yankauskas AB ilə Azərbaycan arasında olan münasibətlərin sürətlə inkişaf etdiyini bildirib:

"Son illərdə Azərbaycanda 34 qurumla əməkdaşlıq edib, 21 layihə həyata keçirmişik. Azərbaycanla artıq təkcə enerji sahəsində deyil, həm də iqtisadi və sosial sahədə əməkdaşlıq edirik. Bura nəqliyyat, səhiyyə, təhsil, gender bərabərliyi və s. sahələr aiddir".


Müəllif: Teleqraf.com