11 Oktyabr 2019 15:00
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərəb Liqasına üzv müsəlman ölkələr qardaş Türkiyəni kürəyindən bıçaqladı”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspert Ərəb Liqası üzvlərinin Suriyada anti-terror əməliyyatlarına başlayan Türkiyəyə etiraz bəyanatına münasibət bildirib:

“Ərəb Liqası adlanan müsəlman ölkələrindən ibarət birlik yenə də müsəlmanlığına yaraşmayan davranış sərgilədi. Demək olar ki, qardaş qaradşı kürəyindən bıçaqladı. Qərbin bu məsələdə Türkiyəyə etirazını və atmaq istədiyi addımları anlayırıq, lakin müsəlman dövlətlərin terrorçuları zərərsizləşdirməyə çalışan Türkiyəyə qarşı atdığı addım utancvericidir.

Türkiyə illərlə verdiyi dəstəyə görə Fələstindən belə bir addım gözləmirdi. İllərdir Türkiyənin bu ölkəyə hansı şərtlər altında, nələri gözə alaraq dəstək verdiyinin şahidi olmuşuq. Amma Fələstin də Türkiyəni satdı. Bu da onu göstərir ki, bu gün Türkiyənin bölgədə güclənməsi Fələstin və bu liqanın digər müsəlman üzvlərini ciddi formada narahat edir. Türkiyənin müsəlman dünyasının lideri olması onları qorxudur”.


Müəllif: Mənsur Rəğbətoğlu