11 Oktyabr 2019 18:56
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Konqresi üzvlərinin Qarabağa səfəri, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir. Amma Ağ Ev belə halların qarşısını ala bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, ABŞ-ın əlində işğalçı Ermənistana təzyiqlər etmək üçün ciddi rıçaqlar var:

“Təəssüf ki, öz maraqları konteksində bəzi ölkələrə ciddi təzyiqlər edən Vaşinqton Cənubi Qafqzda onun geosiyasi maraqlarını təhdid edən İrəvana təzyiq etmir. Çünki erməni lobbisi hələ də regionla bağlı ABŞ-ın siyasətinə təsir edə bilir. Halbuki ABŞ həmsədr ölkə olaraq Qarabağdakı separtçılarla ünsiyyət qurmamalı, Abxaziya və Cənubi Osetiya ilə bağlı yürütdüyü siyasəti burada da təkrarlamalı idi. ABŞ bu siyasətini dəyişməsə, bölgədəki maraqları təhdid ediləcək, Cənubi Qafqaz uğrunda Rusiya ilə rəqabətdə uduzacaq.

Hesab edirəm ki, Vaşinqton bu siyasəti ilə münaqişədə ədalətli mövqe tuta bilməz. İlk növbədə ikili standartları aradan qaldırmalı və Ermənistana sanskiyalar tətbiq etməlidir. Digər yandan isə amerikalı konqresmenlərin işğal olunmuş ərazilərə səfərinə görə rəsmi Bakı Vaşinqtona nota verməlidir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Minsk qrupunun 3 həmsədr ölkəsi - Fransa, Rusiya və ABŞ Qarabağı Azərbaycandan qoparmağa çalışır:

“Həmsədr ölkələrin nümayəndələrinin Qarabağa qanunsuz səfəri göstərir ki, bu üç ölkə Qarabağı tədricdən Azərbaycandan qoparmağa çalışır. Bunun qarşısını almaq üçün Minsk qrupunun formatı dəyişməli və ya həmsdərlərdən konkret mövqenin ortaya qoyulması tələb edilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu