13 Oktyabr 2019 19:39
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının IX qurultayı başa çatıb.

Teleqraf.com xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, Arif Hacılı ən çox səs toplayaraq başqan seçilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı postuna namizədlər Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub. Etibarlı bülletenlərin sayı 333 olub, Arif Hacılı səslərin 262-ni, Tofiq Yaqublu 51-ni, Yadigar Sadıqlı isə 20-ni toplayıb.


Müəllif: Teleqraf.com