14 Oktyabr 2019 09:53
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də Bakıda Özbəkistan və Türkiyə xarici işlər nazirləri – Abdulaziz Kamilov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Teleqraf.com Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində baş tutub.

Nazirlər Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv qəbul edilməsi münasibətilə bir-birlərini təbrik ediblər. Onlar əmin olduqlarını bildiriblər ki, Özbəkistanın Türk Şurasına qoşulması təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edəcək.

Görüş zamanı Özbəkistan-Türkiyə strateji tərəfdaşlığının aktual məsələləri, onun konkret istiqamətlər üzrə perspektiv inkişafı müzakirə olunub.

Tərəflər ikitərəfli planda və Türk Şurası formatında çoxplanlı qarşılıqlı əməkdaşlığın gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, hər iki nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclasında iştirak etmək üçün Azərbaycan paytaxtındadırlar.


Müəllif: Səxavət