14 Oktyabr 2019 10:33
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən sənəd Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində imzalanıb.

Sənəd Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər uzadılmasını nəzərdə tutur. Həmçinin, iki ölkə vətəndaşlarının 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın daxili işlər naziri Erlan Turqumbayev imzalayıb.


Müəllif: Səxavət