14 Oktyabr 2019 15:49
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib.

Teleqraf.com xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gəlib.

O, Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu