14 Oktyabr 2019 22:42
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür".

Teleqraf.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

"Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com