14 Oktyabr 2019 21:29
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycana qarşı Qərbdən gələn hücumu görürük. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana yönəlik əsassız ittihamların şəxsən şahidi olmuşam".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu
"Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar" Bakı Beynəlxalq Media Konfransında çıxışı zamanı deyib.

O,Türkiyənin həmişə Azərbaycanın yanında olacağını bildirib: "Türk dünyasının mənfəətləri üçün çətin mübarizə aparmışıq. Haqlı davamızı davam edəcəyik. Dərdimizi, haqlı davamını dünyaya çatdırmaq üçün birgə əmin addımlarla gələcəyə irəliləməliyik".


Müəllif: Nərgiz Cavadzadə