15 Oktyabr 2019 11:41
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayev oktyabrın 14-də Bakıda Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın birinci prezidentinin şəxsi saytı (elbasy.kz) məlumat yayıb.

Görüş zamanı Nursultan Nazarbayev türk inteqrasiyasının daha da dərinləşməsinin xüsusi əhəmiyyətini qeyd edib.

“Qazaxıstan türk dünyasının bütün ölkələri ilə əməkdaşlıq edir. Mən Türk Şurasının bir sıra institutlarının yaradılması təşəbbüsü ilə çıxış etdim. Ən vacib olan ölkələrimiz arasında sülh və harmoniyanı təmin etməkdir”, – deyə Elbaşı bildirib.

Öz növbəsində Sooronbay Jeenbekov Qazaxıstanın birinci prezidentinin türk dünyası ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib və Elbaşını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri statusu alması münasibətilə təbrik edib.


Müəllif: Səxavət