15 Oktyabr 2019 14:14
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən “Kuhner Fondu” Xarici İşlər Nazirliyinə müraciət edərək bu fondun rəhbəri Laura Kuhnerin (İsveçrə), eləcə də onun üzvləri Tim Bürginin (Almaniya) və Qifti Dvamenanın (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məktubda “Kuhner Fondu” Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

“Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Müəllif: Səxavət