15 Oktyabr 2019 14:40
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin rəsmi veb-saytı məlumat yayıb.

Görüşdə millətlərarası harmoniyanın və dini tolerantlığın daha da möhkəmləndirilməsi, dinlərarası dialoqun genişləndirilməsi, təhsil və gənc nəslin mənəvi tərbiyəsi məsələləri müzakirə edilib.

Dövlət başçısı bu istiqamətlərdə beynəlxalq əməkdaşlığın getdikcə artan səviyyəsini məmnunluqla qeyd edib.

Birgə səylərin, müasir çağırışlara və təhdidlərə qarşı effektiv şəkildə mübarizə aparılmasının müqəddəs İslam dininin əsl dəyərlərinin və həqiqi humanist məqsədlərinin dünya ictimaiyyətinə tanıdacağı vurğulanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri öz növbəsində Özbəkistan Prezidentinin təşəbbüslərinin əhəmiyyətini vurğulayıb və İslam dünyasının zəngin irsinin öyrənilməsi və qorunması istiqamətində atılan addımların səmərəliliyini qeyd edib.

Allahşükür Paşazadə eyni zamanda iki ölkənin və bütün bölgənin sülh, harmoniya, sabitlik və rifahını təmin etmək üçün fəal dialoq və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.


Müəllif: Səxavət