15 Oktyabr 2019 15:45
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı apardığı əməliyyata görə müdafiə naziri və digər yüksək rütbəli dövlət adamlarına sanksiyalar tətbiq etdi. Trampla Ərdoğan arasında bu əməliyyatın aparılması razılaşdırılsa da, Pentaqon və Konqresdə olan bir sıra qruplar Ankaraya sanksiya tətbiq edilməsində prezidentə təzyiq edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, gələn ay Türkiyə prezidentinin Vaşinqton səfəri bu sanksiyalardan dolayı təxirə salına bilər:

“Bütün hallarda isə Türkiyə bu sanksiyalara görə Suriyadakı əməliyyatları dayandırmayacaq. Qeyd edim ki, ABŞ maliyyə və lojistik dəstək verdiyi YPG-nin məğlubiyyətini həzm edə bilmir. Çünki Türkiyə bölgədə bufer zona qurmağa nail olsa, YPG-nin nəzarətində olan əraziləri ələ keçirəcək. Bundan narahat olan Avropanın bir neçə dövləti də Ankaraya silah satışına embarqo qoyub.

Göründüyü kimi, Türkiyənin uğurlu hərbi əməliyyatları ABŞ və Avropanı narahat edir. Lakin ABŞ -ın bu sanksiyaları müvəqqəti xarakter daşıyır. Hesab edirəm ki, tərəflər münasibətlərin yoluna qoyulması istiqamətində razılaşacaq. Necə ki, bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Türkiyə əleyhinə qətnaməyə veto qoydu. Vaşinqton bundan sonra da Türkiyə ilə əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Çünki Vaşinqtonun əməkdaşlıq etdiyi YPG sıradan çıxmaq üzrədir. Bu əməliyyatlar ABŞ-ın Suriyadakı mövqeyini zəiflədir. Rusiya da məhz buna görə Anakaranın hərbi əməliyyatlarına dəstək verdi”.


Müəllif: Mənsur Rəğbətoğlu