17 Oktyabr 2019 15:32
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbrizin “Traktor-Azərbaycan” klubunun oyunçusu Mehdi Bədri “Sülh çeşməsi” əməliyyatına dəstəyini göstərərək İnstaqram səhifəsində türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılıb və bu paylaşımı silməyə məcbur edilib”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili məsələ ilə əlaqədar Türkiyə prezidentinə çağırış edib:

“Əlbəttə, bəyənməsək də, bu, İranın daxili işi olduğuna görə həmin qərarın şərhini vermək istəməzdim. İndi buyurub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öncə gələn klublarına müraciət etsin ki, “Traktor”un oyunçusu Mehdi Bədrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər.

Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki Mehdi də öz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və türk üçün oynayacaq. Bunun türk əsgərinə və bütövlükdə türk millətinə gətirəcəyi əhval-ruhiyyəni izah etməyə ehtiyac yoxdur.

Yeri gəlmişkən, bunu “Qarabağ” da edə bilər. “Qarabağ” büdcəsi azdır deyə, bu işi ilk öncə türk klublarının boynuna qoymaq istədim”.


Müəllif: Mənsur Rəğbətoğlu