18 Oktyabr 2019 11:14
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək.

Bu barədə Teleqraf.com-a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.

Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq.


Müəllif: Teleqraf.com