18 Oktyabr 2019 15:24
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki qonağı Hacı Əbdüldür.

Teleqraf.com xəbər verir ki, hər zaman eks-prezident Ayaz Mütəllibovun “sağ əli” kimi tanınan Hacı Əbdül bir çox sirlərə aydınlıq gətirib.

Hacı Əbdül deyib ki, Ayaz Mütəllibov prezident olan zaman onunla bir dəfə də olsa, görüşməyib.

Hacı Əbdül həmçinin general Şahin Musayevin dövlət çevrilişi etmək üçün o zaman onunla görüşdüyünü, etdiyi təklifləri və buna görə bir gecənin içində Moskvaya, Ayaz Mütəllibovun yanına getməsini də danışıb.

Qeyd edək ki, “Sadə həqiqətlər” bu gün saat 21:50-də efirə gedəcək.


Müəllif: Teleqraf.com