18 Oktyabr 20:43

Milli Məclisin deputatları Jalə Əliyeva və Aydın Mirzəzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün oktyabrın 20-də Moldovanın paytaxtı Kişinyov şəhərinə səfərə gedəcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik, iş yerlərinin yaradılmasının təşviqində dövlətin rolu” mövzusunda müzakirələr aparılacaq. Toplantıda bir sıra təşkilati məsələlərə də baxılacaq.

Deputatlarımız iclasda qaldırılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.


Müəllif: Cavad