20 Oktyabr 17:04

"Müxalifət gözlənilən kimi növbəti dəfə də iflasa uğradı. Məqsəd ixtişaşlar törətmək, şəhərdə gərginlik yaratmaq idi. Məhz buna görə də onlara mitinq üçün şəhərdə ayrılmış yerlərdən imtina etdilər və öz məqsədlərini həyata keçirmək üçün şəhər sakinlərinin gur olan yerləri seçdilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Milli Şuranın icazəsiz edərkən aksiyasını şərhdeyib.

Onun sözlərinə görə, hələ də 90-cı illərin eyforiyasından ayrıla bilməyən dağıdıcı müxalifət indiki dövrdə də eyni çağırışlar, şüarlar səsləndirirlər: "Heç nəyin dəyişməməsi əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir. Baxın, onlar yenidən təxribat, kütləvi iğtişaşlar yaratmağa cəhd etdilər, insanların rahatlığını pozdular, eyni şüarlar səsləndirdilər. Amma müqabilində polis heç bir vasitədən istifadə etmədən təxribatın qarşısını aldı, sabitliyi bərpa etdi. Bu, bir tərəfdən Azərbaycan polisinin humanistliyi, bacarığıdırsa, digər tərəfdən də radikal müxalifətin xalqına və dövlətinə qarşı nifrətinin, düşmənçiliyinin göstəricisidir. Hamıya məlumdur ki, Bakı bu gün Qafqazın paytaxtı kimi turistlərin ən bol olduğu bir məkana çevrilib. Əgər bu gün şəhər sakinləri və turistlər bu stresi yaşadılarsa və onların istirahət hüquqları pozuldusa, deməli günahkarlar cavab verməlidir. Eyni zamanda, məlum oldu ki, bu iğtişaşlar planlı şəkildə həyata keçirilir və müxalifət xaricdən gələn qrantları silmək üçün bu hadisələri törədir. Məlumdur ki, müxalifət Azərbaycanı gözdən salmaq üçün şeytanla da əməkdaşlıq etməyə hazırdır".

Ekspert onu da deyib ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək, efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar, addımbaşı insan hüquq və azadlıqlarını boğublar: "Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq Azərbaycanın "narıncı inqilabların" qurbanı olan ölkələrdən birinə çevrilməsini istəmir. Xalq sabitliyin, inkişaf və tərəqqinin – mövcud iqtidarın, bu iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır".


Müəllif: Teleqraf.com