21 Oktyabr 12:34

“Azərbaycan Cənubi Qafqazın aparıcı və strateji əhəmiyyət kəsb edən ölkəsidir. Gürcüstan və Ermənistan yalnız Azərbaycandan sonra bu yerdə qərarlaşıb. Bu baxımdan, Avropa İttifaqı həmişə Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlı olub və bu istiqamətdə öz töhfəsini verir. Çünki Azərbaycan Avropa ilə Asiyanı birləşdirən, Rusiyadan yan keçən nəqliyyat qovşağının üzərindədir və qoca qitənin enerji diversifikasiyasında mühüm rol oynayır”.

Bu sözləri Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, hazırda regionda geosiyasi və geoiqtisadi mənzərə yeni dəyişikliklərlə müşahidə olunur:

“Biz bunu Gürcüstan və Ermənistanın timsalında görürük. Həmçinin Rusiyanın regiona siyasi-hərbi təsirləridə genişlənir. Bu da Qərblə Rusiya arasında yeni geosiyasi toqquşmaya yol açır. Hesab edirəm ki, Cənubi Qafqazın inkişaf yolu Avropaya inteqrasiyadan keçir. Çünki Rusiya regionumuzda anti-demokratik və qeyri-siyasi stabil cəmiyyətin formalaşmasında maraqlıdır. Bu istiqamətdə də siyasi işlər aparır.

Avropa isə regionumuzda demokratik ənənələrin inkişafında maraqlıdır. İkitərəfli və çoxvektorlu sazişlərlə ölkələrin dinamik inkişafına dəstək verir. Bu baxımdan, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış ikitərəfli və çoxşaxəli sazişlər önəmlidir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı Azərbaycanı yaxın və strateji tərəfdaşı kimi görməklə yanaşı Mərkəzi Asiya və Cənubi-Şərqi Asiyaya açılımda basilica portnyor kimi görür.


Müəllif: Mənsur Rəğbətoğlu