21 Oktyabr 23:23
261

Oktyabrın 19-da radikal müxalifətin aksiyasında polisin davranışları qanuni normativlər baxımından demək olar ki, özünü norma şəklində göstərdi. Bilirsiniz ki, radikal müxalifət həmin aksiyanı icazəsiz şəkildə keçirməyə cəhd göstərirdi. Baxmayaraq ki, öncədən icra hakimiyyəti orqanları və hətta daxili işlər nazilriyinin səviyyəsində onlara icazəsiz aksiya keçrilcəyi təqdirdə hansı tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi. Buna baxmayaraq həmin aksiyanı keçirməyə cəhd etdikləri üçün polis də qanuni şəkildə öz üzərinə düşən vəzifələri, səlahiyyətləri yerinə yetirməyə çalışdı. Düşünürəm ki, polisin qanunsuz aksiyanın qarşısnın alınması sahəsində davranışları qanuni normativlərə tamamilə uyğun olub.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, başqa sözlə desək polis öz səlahiyyətlərindən istifadə edərək həm qanunsuz aksiya keçirilməsinin qarşısını aldı, həm də insanların bu tədbirlər zamanı xəsarət almasına yol vermədilər:

“Doğrudan da, nə ciddi xəsarət alanlar oldu, nə də radikalların qanunsuz aksiyasının keçirilməsinə imkan verildi. Bu nöqteyi-nəzərdən polis öz vəzifələrini yüksək səviyyədə yerinə yetirdi. Eyni zamanda polis sıralarındakı qadın polislər də ilk mərhələlərdə olduğu kimi indi də özlərini normal şəkildə göstərə bildilər. Tam qətiyyətlə demək olar ki, 19 oktyabr aksiyasının qarşısının alınmasında Bakı polisinin davranışı ümumiyyətlə Azərbaycan daxili işlər orqanları fəaliyyətinə son vaxtlar beynəlxalq reytinq cədvəlində ayrılmış yerlərə tamamilə uyğun və müvafiq oldu”.

A.Quliyev qeyd edib ki, Avropa şəhərlərindən Parisdə, Barselonada, Parisdə və başqa şəhərlərdə polisin dinc aksiyaçılara münasibəti, davranışları demək olar ki, həm beynəlxalq, həm də milli qanunvericilik nöqteyi-nəzərindən həmişə kənara çıxır, açıq-aşkar zorakılıq xarakteri daşıyır:

“Amma buna baxmayaraq müvafiq beynəlxalq strukturlar həmin hadisələri sanki görmürlər. Amma Azərbaycanda tam qanunauyğun şəkildə aksiyanın qarşısının alınması üçün göstərilən tədbirlərə başqa donlar geydirirlər. Mən əminəm ki, Azərbaycan polisinin belə aksiyaların qarşısının alınmasında yüksək peşəkarlıq göstərməsi yenə də bəzi beynəlxalq təşkilatların fikirlərini dəyişməyəcək. Çünki onların Azərbaycandakı vəziyyətə və eyni zamanda polisin fəaliyyətinə münasibəti ənənəvi olaraq qərəz və ikili standartlar üzərində qurulub. Amma Azərbaycanda gedən proseslər kimi polisin də fəaliyyəti müvafiq qanunlarla tənzimlənir”.


Müəllif: Səxavət Həmid