22 Oktyabr 2019 11:20
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal müxalifət nümayəndələrinin Bakıda qadınların etiraz aksiyası ilə bağlı sosial şəbəkədəki paylaşımı ifşa olunub.

Teleqraf.com xəbər verir ki, müxalif fəallar Belçikada (Brüssel) keçirilmiş etiraz aksiyasında çəkilmiş fotonu sosial şəbəkədə yayaraq, bundan Azərbaycan hakimiyyəti əleyhinə istifadə etməyə çalışıb.

Müxalifətin bu addımına etiraz edən sosial şəbəkə istifadəçiləri isə bu fotonun reallığı əks etdirmədiyini bildirərək qeyd edib:

“Azərbaycan müxalifətinin dağıdıcı kəsiminin sifəti budur. Brüsseldəki polis zorakılığını “Əliyev rejimi”nin adına yazıb, cəmiyyəti çaşdırmaq kimi bir vicdansızlıq ancaq onların ağlına gələ bilər. Ermənilər də eynən belədir. Azərbaycanı gözdən salmaq üçün dünyanın hər tərəfində olan eybəcərlikləri “Əliyev rejimi”nin adına yazırlar, bununla bizi də gözdən salmağa çalışırlar”.

Fotonu təqdim edirik:


Müəllif: Yalçın Uğur