22 Oktyabr 2019 12:57
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkarlarıma baş verən hadisələrə düzgün və obyektiv qiymət verdiyi üçün təşəkkür edirəm. Özünə radikal deyənlərin xəyanətinə baxanda adamı dəhşət bürüyür. Doğrudanmı, bu illər ərzində onlar dəyişməyib?

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Ziyafət Əsgərov 19 oktyabr mitinqi haqda danışarkən deyib.

O, xatırladıb ki, Azərbaycan 2011-ci ildə kosmik dövlətdir: “Azərbaycanda İslam Həmrəyliyi təşkilatı, beynəlxalq səviyyəli humanitar, siyasi tədbirlər keçirilir. Noyabrın 25-26-da beynəlxalq tədbirlər keçiriləcək. Elə bu ayın 25-də Qoşulmayan Hərəkatının zirvə toplantısı keçiriləcək. Vacib idimi belə bir vaxtda aksiya keçirmək? Azərbaycan vətəndaşı dövlətə, dövlətçiliyə belə qənim kəsilər? Bu haradan qaynaqlanır? Sizə sifariş verirlər, pullar ötürürlər. Axı siz də Azərbaycan vətəndaşısınız”.

Vitse-spiker qeyd edib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək: “Bu islahatlarla Azərbaycan ən sayılan dövlətlərdən biri olacaq”.

Ziyafət Əsgərov əlavə edib ki, hər bir Azərbaycan vətəndaşının sakit şəkildə toplaşmaq haqqı var.

Daha sonra vitse-spiker Mülki və siyasi azadlıqlar haqda aktı, İnsan hüquq və azadlıqları haqda konvensiyanı və Azərbaycan Respublikası qanunlarını misal gətirərək, Milli Şuranın son aksiyasının qanunsuz və əsassız olduğunu deyib.


Müəllif: Cavad