22 Oktyabr 2019 13:04
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcək ölkələr arasında Ermənistan yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

"İştirakçı ölkələr Bakıda Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün onlayn müraciət ediblər. Hazırda Ermənistan siyahıda yoxdur", - o deyib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.


Müəllif: Səxavət