22 Oktyabr 2019 13:20
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti, Qoşulmama Hərəkatının sədri Nikolas Maduronun Qoşulmama Hərəkatının XVIII sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.

Teleqarf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Ramiz Həsənov bildirb.

O qeyd edib ki, hələlik bununla bağlı yekun fikir söyləmək mümkün deyil.

R.Həsənov onu da bildirb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da sammitdə iştirak üçün Bakıya gələcəyi gözlənilirdi. Ancaq həmin günlərdə Soçidə Afrika ölkələrinin iştirakı ilə böyük bir toplantı keçiriləcəyindən bu səfər baş tutmayacaq.


Müəllif: Səxavət