23 Oktyabr 2019 10:56
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qana Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Teleqraf.com-un məlumatına görə, Qana prezidenti oktyabrın 23-də "Rusiya-Afrika" sammitində və iqtisadi forumda iştirak etdikdən sonra Soçidən Bakıya gələcək.

Qana prezidentini səfər çərçivəsində xarici işlər naziri Şirli Ayorkor Botçvey və energetika naziri Peter Amevu müşayiət edir.

Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.


Müəllif: Teleqraf.com